vasily-koloda--x-Brii2QaM-unsplash.jpg

Ey Allah! Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə. Mənim qabiliyyətlərimə işıq sal. Mən bütün işlərimi Sənə buraxıram. Sən mənim Bələdçim və Pənahımsan. Mən daha kədərli və qəmgin olmayacağam; xoşbəxt və şad bir varlıq olacağam. İlahi! Mən bir daha narahat olmayacağam, nə də qoyaram ki, qəm-qüssə məni incitsin. Mən həyatın xoş olmayan şeyləri üzərində daha durmayacağam.

 

Ey Allah! Sən mənə özümdən də yaxın dostsan. Sənə təslim edirəm özümü, İlahi!

-Əbdül-Bəha Abbas

Ruhani İnkişaf 

17. Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə

Ruhani İnkişaf dualar