O duanı Eşidən, ona cavab Verən Allahdır! And olsun cəlalına, Ey Məhbub, Sən Ey aləmi Nurlandıran! Hicran atəşi məni yandırdı, asiliyim ürəyimi əritdi. Sənin Ən Böyük Adına and verirəm, Sən Ey aləmin Məqsudu və bəşərin Məhbubu, izn ver ki, nəfəsinin rahiyəsi mənim ruhumu qidalandırsın, ecazkar Nidan qulağıma yetişsin, gözlərim Sənin adlarının və sifətlərinin məzhərlərində təzahür edən əlamətlərini və Sənin nurunu görsün, Sən Ey ovcunda bütün şeylərin cilovunu Saxlayan!
Ey Rəbbim Allah, Sənə yaxın olanların Səndən ayrılığa görə axıtdıqları göz yaşlarını və Sənə sadiq olanların Sənin Müqəddəs Sarayından uzaq düşmək qorxusunu görürsən. Sənin görünən və görünməyən bütün şeyləri idarə edən qüdrətinə and olsun! Şər əhlinin və zalımların möminlərin başına gətirdiklərinə görə, Sənin sevimlilərinin gözlərindən gərək qanlı göz yaşları tökülsün. Görürsən, Ey mənim Allahım, imansızlar Sənin şəhərlərini və məmləkətlərini necə bürüyüblər! Səni and verirəm Sənin Elçilərinə, seçilmişlərinə və O Kəsə ki, Onunla Sənin ilahi birlik bayrağın bəndələrin arasında sancıldı - onları Öz kəramətinlə qoru. Sən, həqiqətən, Fəzilətli və Kəramətlisən.
Və yenə də, Səni and verirəm, Sənin fəzlinin yağışlarına və lütf dənizinin dalğalarına, övliyalarına onları nəsib eylə ki, gözləri təsəlli tapsın və könülləri rahatlıq əldə etsin. Ya Rəbb! Qalxıb Sənə xidmət etmək istəyən kəsi görürsən, bir ölü ki, Sənin səxavət dəryandan əbədi həyat istəyir və Sənin zənginlik səmanda süzmək diləyir, bir qərib ki, Sənin fəzlinin pənahında olan şərəf evinin həsrətini çəkir, bir axtaran ki, Sənin mərhəmətinlə kəramət qapına tələsir, bir günahkar ki, Sənin bağışlama və əfv dəryana üz tutur.
And olsun Sənin hökmranlığına, Sən Ey ürəklərdə Alqışlanan! Öz iradə və istəyimi unudaraq mən Sənə tərəf dönmüşəm ki, Sənin müqəddəs iradən və razılğın məni idarə etsin və Sənin tale və təqdir qələminin mənə yazdığı qismətə uyğun məni yönəltsin. Bu bəndə, İlahi, köməksizdir, amma Sənin Qüdrət üfüqünə dönür, zillətdədir, ancaq Sənin izzət Məşriqinə tələsir, möhtacdır, lakin Sənin fəzl Dəryanı arzulayır. Yalvarıram Sənə, onu Öz lütf və kəramətindən rədd etmə.
Sən həqiqətən, Qüdrətli, Bağışlayan, Şəfqətlisən.
-Bəhaullah
Ruhani İnkişaf
Ruhani İnkişaf dualar
8. O duanı Eşidən, ona cavab Verən Allahdır! And olsun cəlalına, Ey Məhbub
-
Məndə təmiz bir ürək yarat, Ey Allah və sakit bir vicdan oyat
-
Gözəlliyini ruzim, hüzurunu suyum, razılığını ümidim, tərifini əməlim
-
Öz sevimlilərini ədalət libasına bürü onların varlığını etibar işığı ilə nurlan
-
İnayət səmana məni ucalt, Ey Allah, və hidayət Günəşinə məni yönəlt
-
Mən bilmirəm, mənə fayda verən nədir, ziyan vuran nə; Sən hər şeyi
-
İzn ver, Sənin aləmlərinin hər birində onun xilası olacaq şeyə çatsın
-
O duanı Eşidən, ona cavab Verən Allahdır! And olsun cəlalına, Ey Məh
-
Fəzlinin bir nişanəsi kimi, bütün günü və gecəni Sənin həyatverici yellərini
-
Ta ki, ürəyim Sənin eşqinlə elə dolsun ki, orada dünya sevgisinə bağlılığa yer
-
Sənin Zühurunun Turunda yanan atəşlə onun odunu, alovunu şölələn
-
Sənin xidmət yolunda addımlayır, lütfünü gözləyir, kəramətinə ümid
-
Bu Sənin nurlu bəndən və ruhani köləndir, o kəs ki, Sənin yaxınlığına
-
Bunlar Sənin zəif bəndələrindir, Sənin Uca Bəyanın qarşısında baş əyən
-
Bunlar Sənin bəndələrindir ki, Sənin nidana səs verməklə, Sənin tərifini
-
Sən Qərbdəki dostların üzərinə Müqəddəs Ruhun rahiyələrini əsdir
-
Mənim ruhumu təravətləndir və sevindir. Mənim ürəyimi pak eylə