Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Kəsə ki, Sənin Ən Böyük Adındır, O Kəs ki, Sənin həqiqətini inkar edənlərin əlindən cəfalara məruz qalıb və O Kəs ki, bəyana sığmayacaq sıxıntılarla əhatə olunub, hamının Sənin Gözəlliyindən üz çevirdiyi, Sənə etiraz etdiyi və Sənin Əmrini İzhar Edən Kəsə xor baxıb üz döndərdiyi bu günlərdə izn ver, Səni anım, Sənin tərifini ucaldım. Sənin Özündən başqa bir kimsə yoxdur ki, İlahi, Sənə kömək etsin, Öz qüvvəndən başqa bir qüvvə yoxdur ki, Sənə yardım etsin.
Yalvarıram Sənə, məni qadir eylə ki, Sənin məhəbbətindən və zikrindən möhkəm yapışım. Gücüm yetən, həqiqətən, yalnız budur və Sən O Kəssən ki, məndə olan hər şeyi bilirsən. Sən, həqiqətən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. İlahi, Sənin şəfəqi bütün dünyanı işıqlandıran üzünün nurunun parıltısından məni məhrum etmə. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı və Həmişə Bağışlayan.
-Bəhaullah
Sabitlik
Sabitlik
-
Qadir eylə Sənə olan məhəbbətimiz-də və Sənin razılığına itaətimizdə
-
Yalvarıram Sənə, məni qadir eylə Sənin məhəbbətindən möhkəm yap
-
Əmrində məni sabit eylə, məni Əhdini pozmayan və öz şəkk-şübhə
-
Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir
-
Sevimlilərinə Öz Dinində mətin olmaqda, Əmrində sabit olmaqda
-
Sən azdırılmışları imansızlığın ölüm səhrasından doğru yola yönəltdin