top of page
mi-pham-FtZL0r4DZYk-unsplash.jpg

Alqış Sənə, Ey mənim Rəbbim Allah! And verirəm Sənin o adına ki, onunla Sən hidayət bayraqlarını ucaltdın, inayət şəfəqlərini saçdın, Öz İlahi hökmranlıq səltənətini aşkar etdin; onunla Sənin adlarının çırağı Sənin sifətlərinin taxçasında zahir oldu və Sənin Birlik Məbədin və inqita Məzhəri olan Kəs parladı; onunla Sənin hidayət yolların bilindi, razılıq yolların nişanlandı; onunla azğınlıq sütunları titrədi, zülm və haqsızlıq əlamətləri aradan qalxdı; onunla hikmət çeşmələri qaynadı və səma nemətləri nazil oldu; onunla Sən Öz bəndələrini qorudun və şəfanı bəxş eylədin; onunla Sən bəndələrinə mərhəmətini göstərdin və əfvini məxluqatına aşkar etdin - yalvarıram Sənə, Sənə bərk-bərk yapışanı və Sənə dönəni, Sənin mərhəmətindən və Sənin məhəbbət ətəyindən tutanı hifz eylə. Sonra ona Öz şəfanı nazil eylə, onu salamat eylə, ona səbr və dözüm əta eylə və Öz ucalığından ona sakitlik bəxş eylə.

Sən, həqiqətən, Şəfaverən, Qoruyan, Kömək Edən, Qüdrətli, Qüvvətli, Ən Cəlallı, Hər şeyi Bilənsən.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

3. O adına ki, onunla hidayət bayraqlarını ucaltdın, inayət şəfəqlərini saçdın

bottom of page