top of page
online-marketing-hIgeoQjS_iE-unsplash.jp

Təriflər olsun Sənə, Ey mənim Rəbbim Allah! Sənin ən Böyük Adına and verirəm ki, onunla Sən bəndələrini hərəkətə gətirdin, şəhərlərini inşa etdin və Səni and verirəm ən ali adlarına və ən uca sifətlərinə, Öz xalqına yardım eylə ki, Sənin bol kəramətinə tərəf dönsünlər və üzlərini Sənin hikmət Məbədinə çevirsinlər. O xəstəlikləri sağalt ki, canları hər tərəfdən bürüyüb və onları, nəzərlərini Sənin himayədar Adının sığınacağında olan Cənnətə yönəlməkdən məhrum edib, O Adın ki, Sən onu göydə və yerdə olanlar üçün adların Sultanı təyin etmisən. Sən istədiyini etməyə Qadirsən. Bütün adların səltənəti Sənin əlindədir. Səndən başqa Allah yoxdur, Qüdrət və Hikmət Sahibi.

Mən ancaq fəqir bir məxluqam, İlahi, Sənin zənginlik ətəyindən tutmuşam. Ağrılı bir xəstəyəm; Sənin şəfa ipindən bərk yapışmışam. Məni saran xəstəliklərdən qurtar, fəzl və mərhəmət sularınla məni yu, Öz əfvin və kəramətinlə məni sağlamlıq libası ilə bəzə. Sonra məni qadir eylə ki, gözlərimi Sənə dikim və məni Səndən başqa hər bir bağlılıqdan xilas eylə. Sənin istədiyini etməkdə və razı qaldıqlarını həyata keçirməkdə mənə yardım eylə.

 

Sən, həqiqətən, bu aləmin və o biri aləmin Rəbbisən. Sən, həqiqətən, Həmişə Bağışlayan və Ən Mərhəmətlisən.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

4. O xəstəlikləri sağalt ki, canları hər tərəfdən bürüyüb

bottom of page