top of page
karina-vorozheeva-brQS8ihqRq4-unsplash.j

Sən görürsən, Ey mənim Allahım, Sənin sevimlilərin Sənin məxluqların arasında asilərlə və Sənin xalqın arasında şər adamlarla necə əhatə olunmuşlar. Bir torpaq qalmayıb ki, orada Sənin aşiqlərinin fəryadı və seçilmişlərinin ah-naləsi ucalmasın. Səni and verirəm Sənin Ən Böyük Adına, qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə.

Sən görürsən, Ey mənim Allahım, onların gözləri Sənə yönəlib, nəzərləri Sənin qüdrətinin və mehriban inayətinin Məşriqinə dikilib. İlahi, onların zillətini izzətə, fəqirliyini zənginliyə və zəifliyini Səndən gələn gücə çevir.

 

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Hər Şeydən Xəbərdarsan.

-Bəhaullah

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

3. Qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə

bottom of page