top of page
paul-green-5lRxNLHfZOY-unsplash.jpg

Ya Rəbb! Sənin ilahi Birlik Ağacının tez böyüməsinin qayğısına qal; sonra, Sənin razılığının axar suları ilə onu sula, Ya Rəbb, Sənin ilahi təminatının təzahürləri qarşısında izin ver ki, Səni alqışlamaq və vəsf etmək, Səni tərif etmək və Sənə şükr etmək, Sənin Adını ucaltmaq, Sənin Zatının vahidliyini yüksəltmək və Sənə pərəstiş etmək üçün Sənin istədiyin meyvələri versin, çünki bütün bunlar Sənin əlindədir və başqa hec kəsin əlində deyil.

Qanları ilə Sənin müqəddəs və sabit Sözünü ucaltmaq üçün seçdiyin kəslərin xoş halına!

-Bab

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

4. Ya Rəbb! Sənin ilahi Birlik Ağacının tez böyüməsinin qayğısına qal

bottom of page