top of page
autumn-mott-rodeheaver-gCduzLmwFYM-unspl

Alqış Sənə, Ya Rəbb, Sən Ey bütün yaranmış şeyləri Öz əmrinin qüdrəti ilə xəlq edən Allah!

Ya Rəbb! Səndən başqa hər şeydən imtina etmiş kəslərə yardım eylə və onlara böyük qələbə bəxş eylə! Göydə, yerdə və onların arasında olan mələklər qoşununu, İlahi, onlara göndər ki, Sənin bəndələrinə kömək etsinlər, onlara yardım göstərsinlər, onları gücləndirsinlər, onları uğur qazanmağa qabil etsinlər, onlara dayaq dursunlar, onlara izzət əta etsinlər, şərəf və ucalıq bəxş etsinlər, onları zəngin etsinlər və ecazkar zəfərlərlə qalib etsinlər.

 

Sən onların Rəbbisən, göylərin və yerin Rəbbisən, bütün aləmlərin Rəbbisən. Bu bəndələrin gücü ilə bu Əmri qüvvətləndir, İlahi və onları qadir eylə ki, bütün dünyanın insanlarına üstün gəlsinlər; çünki onlar, doğrudan, Sənin o bəndələrindir ki, Səndən başqa hər şeydən özlərini ayırıblar və Sən, həqiqətən, həqiqi möminlərin Qoruyucususan.

 

İzin ver ki, İlahi, onların ürəkləri, Sənin bu sarsılmaz Əmrinə sədaqətli olmaqla, hər şeydən, yerdə və göydə və onların arasında olanlardan daha güclü olsun və Sənin ecazkar qüdrətinin əlamətləri ilə, Ya Rəbb, onların əllərini gücləndir ki, onlar Sənin qüdrətini bütün bəşərin gözü qarşısında zahir etsinlər.

-Bab

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

7. Səndən başqa hər şeydən imtina etmiş kəslərə böyük qələbə bəxş eylə!

bottom of page