Alqış Sənə, Ey mənim Allahım! Yolunda çəkilən bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərin necə tanınardı; Eşqindən doğan müsibətlər olmasaydı, Sənin həsrətini çəkənlərin məqamı necə bilinərdi? Sənin qüdrətin mənə şəhadət verir! Sənə sitayiş edənlərin həmdəmi göz yaşlarıdır, Səni axtaranların təsəllisi könüllərin naləsidir və Səni görməyə tələsənlərin qidası onların sınmış ürəklərinin parçalarıdır.
Necə də şirin dadır, Sənin yolunda çəkilmiş ölüm acısı və nə qədər əzizdir, Sənin sözünü ucaldarkən qarşılaşdığım düşmən oxları! Sənin Əmrində, Ey Mənim Allahım, Sən nəyi arzu etdinsə, qoy onu içim və Sənin məhəbbətində mənə qismət etdiyini nazil eylə. İzzətinə and olsun! Mən yalnız Sənin istədiyini istəyir, ancaq Sənin sevdiyini sevirəm. Bütün təvəkkül və inamımı hər vaxt Sənə bağlamışam.
Yalvarıram Sənə, Ey mənim Allahım, bu Zühura Sənin adına və hökmranlığına layiq köməkçilər meydana çıxar ki, onlar yaratdıqların arasında Səni xatırlasınlar və torpağında Sənin zəfər bayraqlarını ucaltsınlar.
Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Əzəmətli və Qəyyum Allah!
-Bəhaullah
Sınaq və Çətinliklər
Sınaq və Çətinliklər
2. Yolunda çəkilən bəlalar olmasaydı, həqiqi aşiqlərin necə tanınardı
-
Ey sınağı, Sənə yaxın olanların dərmanı; qılıncı, aşiqlərinin coşqun
-
Yolunda çəkilən bəlalar olmasaydı, həqiqi aşiqlərin necə tanınardı
-
Sınaq tufanları gücsüzdür ki, Sənə yaxınlıqdan həzz alanları mane olsun
-
Öz səxavətin və bəxşişinlə mənim kədərimi dağıt və həyəcanımı qov
-
Bəlalar hər tərəfdən mənim üstümə yağır və Səndən başqa heç kim on
-
Səninlə görüşün həsrətini çəkənlərin göz yaşlarına, mərhəmətindən məh