top of page
pourya-sharifi-Oqlp59OWtME-unsplash.jpg

Hüququllah, həqiqətən böyük qanundur. Bu hər kəsə vacibdir ki, bu payı versin, çünki bu fəzl, bərəkət və bütün xeyirlərin mənbəyidir. Bu elə bir nemətdir ki, Hər şeyə Malik, ən Kəramətli Allahın bütün aləmlərində hər bir ruhla bərabər qalacaq.

 

Təriflər Sənə, Ey bütün xilqətin Rəbbi, Ey bütün şeylərin qayıdacağı Kəs. Mən batini və zahiri dilimlə şəhadət verirəm ki, Sən Özünü aşkar və zahir etdin, Öz əlamətlərini göstərdin və sübutlarını bəyan etdin. Mən Sənin Özündən başqa hər şeydən ehtiyacsız olmağına və Sənin bütün yer üzü şeylərindən pak olmağına şəhadət verirəm. Səni and verirəm Sənin Əmrinin ali cəlalına və Sənin Sözünün uca qüdrətinə, Sənin Öz Kitabında buyurduğunu yerinə yetirmək və Sənin qəbulunun ətrini yayan şeylərə əməl etmək istəyənə təyid bəxş eylə. Həqiqətən, Sən ən Qüdrətli, Ən Cəlallı, Ən Bağışlayan, Ən Səxavətlisən.

-Bəhaullah

 

Alqış Sənə, Ey mənim Şəfqətli Rəbbim! Səni and verirəm Sənin müqəddəs bəyan dəryanın təlatümünə və Sənin ali hökmranlığının saysız nişanələrinə, Sənin Allahlığının qəti dəlillərinə və Sənin elmində gizli qalan sirlərinə - mənə, Sənə və Sənin seçilmişlərinə xidmət etmək fəzli əta eylə və məni qadir et ki, Kitabında hökm etdiyin Hüququnu lazımınca ödəyim.

Mən o kəsəm ki, İlahi, öz məhəbbətini Sənin cəlal səltənətinə bağlayıb və Sənin səxavətinin ətəyindən bərk yapışıb. Sən Ey bütün varlıqların Rəbbi və adlar səltənətinin Hakimi, yalvarıram Sənə, malik olduğun şeylərdən məni məhrum etmə və seçilmişlərin üçün müəyyən etdiklərini məndən əsirgəmə.

Rica edirəm Səndən, Ey bütün adların Rəbbi və göylərin Yaradanı, gücləndirici fəzlinlə mənə kömək et, Sənin əmrində elə möhkəm olum ki, dünyanın faniliyi məni pərdə kimi ayırmasın və Sənin günlərində Sənin insanlarını yoldan azdırmaq istəyən şər əhlinin şiddətli çaxnaşmaları mənə mane olmasın. Sonra, Ey mənim ürəyimin Arzusu, bu dünyanın və axirətin xeyrini mənə nəsib eylə. Həqiqətən Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah Yoxdur, Həmişə Bağışlayan, Ən Səxavətli Аllаh.

-Bəhaullah

    Hüququllah- Allahın Hüququ

Allahın Hüququ

bottom of page