top of page
5548f9ed14c1c.jpg

Müqəddəs nizçi Lövhünü öyrən ki, sən həqiqəti biləsən və görəsən ki, Camal-i Mübarək gələcək hadisələri bütünlüklə öncədən xəbər vermişdir. Qoy bəsirəti olanlar bundan ibrət alsınlar.   -Əbdül-Bəha

Odur Kəramətli, Sevgili Məhbub!

Ey Müqəddəs Dənizçi! Öz əbədiyyət gəmini Mələyi-Əlanın qarşısına sür; Sübhandır mənim Əbha Rəbbim!

Sonra burax onu qədim dənizə, Onun Ən Ecazkar Adıyla; Sübhandır mənim Əbha Rəbbim!

Və məlaikə ruhları ona mindir, Allahın Ən Uca Adıyla; Sübhandır mənim Əbha Rəbbim!

Sonra onu lövbərdən azad et ki, əzəmət dəryasına üzsün; Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onun sərnişinləri ölümsüzlük diyarında yaxınlıq köşklərinə yan alalar; Sübhandır mənim Əbha Rəbbim!

 

Müqəddəs sahilə, qırmızı dənizin kənarına çatanda; Sübhandır mənim Əbha Rəbbim!

 

Onları endir ki, bu görünməz səmavi məqama çatsınlar; Sübhandır mənim Əbha Rəbbim!

 

O məqam ki, orada Rəbb öz Camalının Alovu ilə ölümsüzlük ağacında işıq saçmışdı; Sübhandır mənim Əbha Rəbbim!

 

Harada ki, Onun Əmrinin mücəssəmələri özlərini nəfs və ehtirasdan təmizlədilər; Sübhandır mənim Əbha Rəbbim!

O məqam ki, ətrafına ölümsüz qoşunlarla Musanın şərəfi dolanır; Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Allahın Əli Onun Əzəmət qoynundan çıxmışdır; Sübhandır mənim Əbha Rəbbim!

Harada ki, Əmrin gəmisi hərəkətsiz qalır, hətta onun sərnişinlərinə bütün ilahi sifətlər izhar olunsa da; Sübhandır mənim Əbha Rəbbim!

Ey Dənizçi! Gəmi əhlinə bizim Sənə sirr pərdəsi arxasında öyrətdiklərimizi öyrət; Sübhandır mənim Əbha Rəbbim!

Bəlkə onlar müqəddəs, bəmbəyaz yerdə gecikməyələr; Sübhandır mənim Əbha Rəbbim!

Və ruh qanadları üzərində Rəbbin aşağı dünyalardakı bütün sözlərdən daha uca etdiyi o məqama yüksələlər; Sübhandır mənim Əbha Rəbbim!

Əbədi vüsal səmasındakı sevimli quşlar kimi fəzada qanad açalar; Sübhandır mənim Əbha Rəbbim!

Nur Dənizlərində gizli qalmış sirlərdən agah olalar; Sübhandır mənim Əbha Rəbbim!

Onlar dünyəvi hüdudları aşdılar və tovhid məqamına, səmavi hidayət mərkəzinə yetişdilər; Sübhandır mənim Əbha Rəbbim!

Onlar Rəbbin onların məqamlarından üstün buyurduğu o məqama yüksəlmək istədilər; Sübhandır mənim Əbha Rəbbim!

Onda Onun Hüzur Səltənətində sakin olanların yanından yanar bir şahab onları qovdu; Sübhandır mənim Əbha Rəbbim!

Və onlar Cəlal Zirvəsindəki görünməz çadırın arxasından əzəmət Səsini eşitdilər; Sübhandır mənim Əbha Rəbbim!

Ey qoruyucu mələklər! Qaytarın onları aşağı aləmdəki yerlərinə; Sübhandır mənim Əbha Rəbbim!

Çünki, onlar cənnət göyərçininin heç vaxt yetişmədiyi o fəzaya qalxmaq istəyirlər; Sübhandır mənim Əbha Rəbbim!

Ki, orada zənn gəmisi hərəkətsiz qalar və idrak sahibləri onu dərk edə bilməz;” Sübhandır mənim Əbha Rəbbim!

Sonra səma hurisi özünün uca köşkündən boylandı; Sübhandır mənim Əbha Rəbbim!

Və qaşı ilə Səma Qoşunlarina işarə etdi; Sübhandır mənim Əbha Rəbbim!

Üzünün nuru göyü və yeri doldurdu; Sübhandır mənim Əbha Rəbbim!

Və onun gözəlliyinin işığı torpaqdan yaranmışların üzərinə düşüncə; Sübhandır mənim Əbha Rəbbim!

Bütün varlıqlar fanilik qəbirlərində titrədilər; Sübhandır mənim Əbha Rəbbim!

Sonra o elə bir nida ucaltdı ki, əzəldən bəri bir qulaq bunu eşitməmişdi; Sübhandır mənim Əbha Rəbbim!

Və belə söylədi: “Rəbbə and olsun! Ürəyində uca və nurlu Ərəb Gəncinin məhəbbət ətri olmayan kəs, Sübhandır mənim Əbha Rəbbim!

Uca cənnətin zirvəsinə əsla yüksələ bilməz;” Sübhandır mənim Əbha Rəbbim!

Sonra o öz kənizlərindən bir hurini çağırdı, Sübhandır mənim Əbha Rəbbim!

Və ona əmr etdi: “Əbədiyyət imarətlərindən aşağı en, Sübhandır mənim Əbha Rəbbim!

Onların ürəklərinin ən dərinliklərində gizlətdikləri şeylərə üz tut, Sübhandır mənim Əbha Rəbbim!

Zülm əhlinin əllərinin törətdikləri üzündən nur çadırında gizlədilmiş Gəncin köynəyinin ətrini duysan; Sübhandır mənim Əbha Rəbbim!

 

Köksündən elə bir nida qaldır ki, Cənnətin xanəgahındakı əbədi zənginlik mücəssəmələri olan bütün sakinlər anlasınlar və eşitsinlər; Sübhandır mənim Əbha Rəbbim!

 

Ta ki, onların hamısı özlərinin əbədi köşklərindən aşağı ensinlər və titrəsinlər; Sübhandır mənim Əbha Rəbbim!

 

Və vəfa zirvələrinə uçduqları üçün onların əllərini və ayaqlarını öpsünlər; Sübhandır mənim Əbha Rəbbim!

 

Bəlkə Məhbubun ətrini onların köynəklərindən duyalar.” Sübhandır mənim Əbha Rəbbim!

 

Bu zaman, necə ki, Gəncin üzünün nuru Özünün fani bədəni üzərində parlayırdı, sevimli hurinin üzü səmavi köşklərin üzərində parladı; Sübhandır mənim Əbha Rəbbim!

 

Sonra o belə bir zinətlə aşağı endi ki, bütün göyləri və orada olan hər şeyi işıqlandırdı; Sübhandır mənim Əbha Rəbbim!

 

O tərpəndi, müqəddəslik və cəlal diyarlarındakı bütün şeyləri ətirləndirdi; Sübhandır mənim Əbha Rəbbim!

 

O yerə çatanda o, yaradılışın düz ürəyində boy verib qalxdı; Sübhandır mənim Əbha Rəbbim!

 

Və nə əvvəli, nə sonu bilinməyən bir zamanda onların ətrini duymaq istədi; Sübhandır mənim Əbha Rəbbim!

 

Ancaq onlarda axtardığını tapmadı və bu, həqiqətən Onun heyrətamiz rəvayətlərindən biridir; Sübhandır mənim Əbha Rəbbim!

 

Onda o fəryad qopardı, nalə etdi və Özünün Ən Uca Məkanındakı məqamına qayıtdı; Sübhandır mənim Əbha Rəbbim!

 

Sonra isə yavaşca pıçıldadığı, sirli bir söz çıxdı dilindən; Sübhandır mənim Əbha Rəbbim!

 

Və Səma Qoşunları və cənnətin ölməz huriləri arasında belə səsləndi: Sübhandır mənim Əbha Rəbbim!

 

“Allaha and olsun! Mən bu bihudə iddiaçılardan Vəfa nəsimləri duymadım.” Sübhandır mənim Əbha Rəbbim!

 

“Allaha and olsun! Bu Gənc bu qərib yerlərdə imansızların əlində tək-tənha qalıb.” Sübhandır mənim Əbha Rəbbim!

 

Sonra o köksündən elə bir fəryad qopardı ki, Mələyi-Əla nalə etdi və titrədi; Sübhandır mənim Əbha Rəbbim!

 

Sonra o, torpağa düşdü və canını tapşırdı. Sanki, onu Uca Səltənətə çağıran Kəsi eşitmiş və o çağırışa qulaq vermişdi; Sübhandır mənim Əbha Rəbbim!

 

Alqış olsun O Kəsə ki Özünün uca cənnətinin düz ortasında onu məhəbbət cövhərindən yaratdı! Sübhandır mənim Əbha Rəbbim!

 

Bu zaman səma huriləri öz köşklərindən yüyürək çıxdılar ki, onların üzlərinə ən uca cənnətin sakinlərinin gözü heç vaxt dəyməmişdi. Sübhandır mənim Əbha Rəbbim!

 

Onların hamısı onun ətrafına toplandı və bir də gördülər ki, heyhat! Onun bədəni torpağa düşüb; Sübhandır mənim Əbha Rəbbim!

 

Və onlar onun bu halını görüb Gəncin danışdığı rəvayətdəki sözü başa düşəndə başlarını açdılar, paltarlarını cırdılar, üzlərinə döydülər, sevinclərini unutdular, göz yaşları tökdülər, yanaqlarına vurdular; və budur, həqiqətən, əsrarəngiz və ağır bir müsibət.

 

Sübhandır Ucalar Ucası Rəbbimiz!

-Bəhaullah

Müqəddəs Dənizçi Lövhü

Ey Müqəddəs Dənizçi! Öz əbədiyyət gəmini Mələyi-Əlanın qarşısına sür

bottom of page