top of page
Friendship

Ey  mənim Allahım! Ey mənim Allahım! Doğurdan da, Səni çağırıram və Sənə iltimas edirəm, Sənin astananda diləyirəm ki, Sənin bütün mərhəmətin bu ruhların üzərinə yağsın. Onları Öz lütf və həqiqətin üçün hazırla.

 

Ya Rəbb! Ürəkləri birləşdir, onları bir-birinə bağla, bütün qəlbləri uyğunluq içində birləşdir və ruhları öz paklıq və təkliyinin rəmzləri ilə canlandır. Ya Rəbb! Sənin vahidliyinin nuru ilə bu üzləri işıqlı eylə. Sənin bəndələrinin qurşaqlarını Sənin səltənətinə xidmətdə bərkit.

 

Ya Rəbb, Ey nəhayətsiz mərhəmət Sahibi! Ey bağışlama və əfv Mövlası! Günahlarımızı bağışla, xətalarımızı əfv eylə, bizi Sənin qüdrət və qüvvət səltənətinə yalvaran halda, Sənin məbədində təvazökar və Sənin dəlillərinin əzəməti qarşısında müti vəziyyətdə Sənin rəhm səltənətinə döndər.

 

Ya Rəbb Allah! Bizi bir dənizin dalğaları, bir bağçanın gülləri kimi Öz məhəbbətinin bəxşişləri ilə birləşdir, bizi yekdil eylə. İlahi! Sənin təkliyinin nişanələri ilə qəlbləri aç, bütün bəşəri eyni bir cəlal yüksəkliyində parlayan ulduzlar və Sənin həyat ağacında yetişən gözəl mevələr eylə.

 

Həqiqətən, Sən Qüdrətli, Qəyyum, Əta Edən, Bağışlayan, Əfvedən, Hər Şeyi Bilən və Tək Yaradansan.

-Əbdül-Bəha Abbas

Birlik Duaları

Birlik Duaları

2. Bütün qəlbləri uyğunluq içində birləşdir

bottom of page