Alqış Sənə, Ey mənim Allahım! Mən Sənə və Sənin əlamətlərinə iman gətirmiş bir bəndənəm. Görürsən, Sənin mərhəmət qapına yönəlmiş və üzümü Sənin inayət sahilinə tutmuşam. Səni and verirəm ən gözəl adlarına və ən uca sifətlərinə - nemətlərinin qapısını mənim üzümə aç. Sonra isə yaxşı əməllərə müvəffəq eylə, Sən Ey bütün adlar və sifətlərin Sahibi!
Mən fəqirəm, İlahi, Sənsə Zənginsən. Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmişəm. Yalvarıram Sənə, inayətinin nəsimlərindən məni məhrum etmə və bəndələrin arasında seçilmişlərin üçün müəyyən etdiyindən məni binəsib qoyma.
Ey mənim Allahım, mənim gözlərimdən pərdəni qaldır ki, Sənin yaratdıqların üçün istədiklərini görüm və Sənin əsərlərinin bütün təzahürlərində Sənin yenilməz qüdrətinin əlamətlərini aşkar edim. Mənim ruhumu, ya Rəbb, Özünün ən qüdrətli əlamətlərinlə məftun eylə və məni nəfs və ehtirasın dərinliyindən qurtar. Sonra mənə bu dünyanın və axirətin xeyir-bərəkətini yaz. Sən istədiyini etməyə Qadırsən. Səndən başqa Allah yoxdur, Ən Cəlallı, hamının yardım Axtardığı Allah.
Mən Sənə şükrlər edirəm, Ey mənim Rəbbim, Sən məni qəflətdən oyatdın, ayıltdın və bəndələrinin əksəriyyətinin qafil olduqlarını anlamağa istək yaratdın. İndi isə Sənin məhəbbətin və razılığın xatirinə, istədiklərinin həqiqətini görməyə məni qadir eylə. Sən O Kəssən ki, hər şey Onun qüdrət və hökmranlığına şəhadət verir.
Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ehsan Edən Allah.
-Bəhaullah
Dünyaya Bağlanmamaq
Dünyaya Bağlanmamaq
-
İzn ver, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum
-
Mənə qismət eylə ki, mən hər zaman və hər bir halda Sənin ipindən yapış
-
Mənim ürəyimi bütün bihüdə xəyal və şəkk-şübhələrdən azad eylə
-
Neçə-neçə buz bağlamış ürək, Sənin Əmrinin atəşindən oda qalandı
-
Bilmirəm o nə Oddur ki, Sən Öz ölkəndə qalamısan- nə torpaq onun
-
Üzümü Sənə tərəf tutmuşam və Səndən başqa hər şeydən inqita etmiş
-
Öz fəzlinlə mənə onu əta et ki, Səndən başqasına ehtiyac duymayım
-
Səfərdə, istərsə evdə məşğuliyyətim-də ya işimdə ikən bütünlüklə Sənə tə
-
Yerdə və göydə olanlardan heç nə yox, yalnız Allah kifayətedicidir
-
Məni o kəslərin sırasına yaz ki, Səndən başqa hər şeydən inqita ediblər
-
İnqita piyaləsini doldur və Sənin ehsan məclisində Öz məhəbbətinin şərabı ilə