top of page
Screen Shot 2020-04-16 at 1.42.57 PM.png
Gündəlik namazların sayı üçdür...Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və bu namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.  
Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir.
 
 
Orta Namaz:  Gündə səhər, günorta, və axşam bir dəfə qılmalı
 
Namaz qılmaq istəyən kəs əllərini yusun və yuyarkən söyləsin:
Mənim əlimi qüvvətləndir, Ey mənim Allahım, o Sənin kitabını elə mətinliklə saxlasın ki, dünyanın qoşunları onu sarsıda bilməsin. Sonra, onun olmayan hər şeyə toxunmaqdan onu qoru. Sən, həqiqətən, Qüdrətli və Qüvvətlisən.  
 
Üzünü yuyarkən söyləsin:
Üzümü sənə tərəf çevirmişəm, Ey mənim Rəbbim! Onu Öz camalının nuru ilə nurlandır. Sonra onu Səndən başqasına dönməkdən qoru.
Sonra üzü qibləyə tərəf (Bəhci, Əkka) ayaq üstə duraraq bu ayəni oxusun:
Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur. Əmr və xilqət Onundur. O, həqiqətən, Zühurun Məşriqini, Turda Danışanı zahir etdi ki, Onunla ən uca Üfüq nurlandı, Sidrətül-Müntəha dilə gəldi, yerdə və göydə olanlara nida ucaldı: “Baxın, hər şeyin Maliki gəldi. Yer və göy, izzət və hökmranlıq bəşərin Mövlası, ərşin və yerin Maliki Allahındır.”
Sonra əyilib əllərini dizinə qoysun (ruku) və söyləsin:
Sən mənim tərifimdən və məndən başqa hər kəsin tərifindən, mənim vəsfimdən və göydə və yerdə olanların vəsfindən ucasan.
Sonra əllərini qoşalaşdırıb göyə qaldısın (qnut) və söyləsin:
Ey mənim Allahım, yalvaran barmaqlarla Sənin rəhmət və fəzl ətəyindən yapışan kəsi məyus etmə, Sən Ey rəhmlilərin Rəhmlisi!
Sonra dizi üstə otursun və söyləsin:
Sənin birliyinə və təkliyinə, Sənin Allah olduğuna və Səndən başqa Allah olmadığına şəhadət verirəm. Sən həqiqətən, Öz Əmrini aşkar etdin, Əhdinə vəfa etdin və fəzl qapını göydə və yerdə onların üzünə açdın. Xeyir-dua və əmin-amanlıq, salam və Bəha Sənin dostlarının üzərinə olsun ki, dünyanın dəyişiklikləri və hadisələri onların Sənə tərəf yönəlmələrinə mane ola bilmədi və onlar Sənin yanında olanları əldə etmək ümidi ilə bütün malik olduqlarından keçdilər. Sən, həqiqətən, Bağışlayan və Səxavətlisən.
-Bəhaullah
**Əgər kimsə uzun ayənin əvəzinə “Allah şəhadət verir ki, Ondan başqa Allah yoxdur, O, Əzəmətli və Qəyyumdur” söyləsə, bu kifayət edər. Eynilə də bu kifayət olardı ki, əyləşdiyi zaman bu ayəni oxusun: “Sənin birliyinə və təkliyinə və ona səhadət verirəm ki, sən Allahsan, Səndən başqa Allah yoxdur.”

Namazlar

Namazlar

Orta Namaz-

Gündə səhər, günorta, və axşam bir dəfə

bottom of page