top of page
martin-sanchez-MD6E2Sv__iA-unsplash.jpg

Ey Allah, mənim Allahım! Günahlarımı etiraf edərək peşimançılıqla Sənə üz tutdum və həqiqətən, Sən Əfv Edən, Şəfqətlisən.

Ey Allah, mənim Allahım! Mən Sənə döndüm və həqiqətən, Sən həmişə Bağışlayan, Fəzl Sahibisən.

 

Ey Allah, mənim Allahım! Mən Sənin kəramət ipindən yapışdım, yerdə və göydə olanların xəzinələri Sənin yanındadır.

 

Ey Allah, mənim Allahım! Mən Sənə doğru tələsdim və həqiqitən, Sən Bağışlayan, bol Fəzl Sahibisən.

 

Ey Allah, mənim Allahım! Mən Sənin fəzilinin səmavi şərabına susamışam, həqiqətən, Sən Verici, Kəramətli, Fəzil Sahibi, Qüdrətlisən.

 

Ey Allah, mənim Allahım! Şəhadət verirəm, Sən Öz Əmrini izhar etdin, Vədini yerinə yetirdin, fəzlinin səmasından onu nazil etdin ki, Sənin sevimli bəndələrinin ürəyini Sənə cəzb etdi. Xoş o kəsin halına ki, Sənin möhkəm ipindən bərk yapışdı və Sənin nurlu ətəyindən tutdu!

 

Səni and verirəm, ey bütün varlığın Rəbbi, görünən və görüməyənlərin Sultanı, Sənin qüdrətinə, əzəmətinə və hökmranlığına - izn ver, mənim adım Sənin şərəf qələminlə Sənin sadiq bəndələrin arasında yazılsın, o kəslər ki, günahkarların namələri onların Sənin üzünün nurlarına üz tutmasına mane ola bilmədi, Sən Ey duanı Eşidən və cavab Verən Allah!

-Bəhaullah

Sabitlik

Sabitlik

4. Günahlarımı etiraf edərək peşimançılıqla Sənə üz tutdum

bottom of page