Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm bu Zühura ki, onun vasitəsilə zülmət işığa çevrildi, onunla Abad Ev tikildi, Yazılmış Lövh nazil oldu və Açılmış Səhifə aşkar oldu - mənə və mənimlə olanlara onları nazil eylə ki, Sənin fövqəl cəlalının göylərində pərvaz etməyə bizi qadir etsin və bizlərdən o şübhələri yusun ki, şəkk edənin Sənin birliyinin çadırına girməsinə mane olub.
Mən o kəsəm ki, İlahi, Sənin inayətinin ipindən möhkəm yapışıb və Sənin mərhəmət və lütfünün ətəyindən tutub. Mənə və mənim sevimlilərimə bu dünyanın və axirətin xeyrini qismət eylə. Sonra, onlara Sənin yaratdıqların arasında ən seçilmişlərin üçün yazdığın Gizli Bəxşişi nəsib eylə.
Bunlar, İlahi, o günlərdir ki, Sən bəndələrinə oruc tutmağı vacib buyurdun. Xoş o kəsin halına ki, Orucu tamamilə Sənin xatirinə və Səndən başqa hər şeydən tamamilə ayrılmaqla tutur. Mənə və onlara kömək eylə ki, İlahi, Sənə itaət edək və Sənin hökmlərindən yapışaq. Sən, həqiqətən, seçdiyini etməyə Qadirsən.
-Bəhaullah
Orucluq
7. Xoş o kəsin halına ki, Orucu
tamamilə Sənin xatirinə tutur
Orucluq
-
Bu günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə oruc tutmağı əmr etmis
-
Sənin Kitablarında hökm etdiklərini yerinə yetirənlərin orucunu qəbul ey
-
Hökmünə uyğun olaraq oruca riayət etmişik və Sənin razılığınla onu açırıq
-
Bu o günlərdir ki, Öz seçilmişlərinə və bəndələrinə oruc tutmağı hökm etmi
-
Sən insanlara Oruc tutmağı hökm etmisən ki, qəlblərini təmizləsinlər
-
Bunlar, Ey Allah, Öz bəndələrinə oruc tutmağı fərz buyurduğun günlərdir