top of page
25 www.flickr.jpg

Bütün təriflər, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və möhtəşəmlik, əzəmət və şərəf, hökmranlıq və səltənət, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. Əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.

Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəklərini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və Sənin Özünün Məzhərin və Sənin Zatının Məşriqi olan Kəsi tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən İxtiyar Sahibi və Qalibiyyətlisən.

-Bəhaullah

Şükr və Minnətdarlıq

Şükr və Minnətdarlıq

1. Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar

bottom of page