top of page
michael-dam-mEZ3PoFGs_k-unsplash.jpg

Ucalsın Sənin adın, Ya Rəbb, mənim Allahım! Sən O Kəssən ki, bütün şeylər Ona sitayiş edir, O isə heç kəsə sitayiş etmir, O Kəs ki, bütün şeylərin Ağasıdır və heç kimdən asılı deyil, O Kəs ki, hər şeyi bilir və heç kimə məlum deyil. İstədin ki, insanlara Özünü tanıdasan; ona görə də, ağzından çıxan bir sözlə xilqəti var etdin və kainatı qurdun. Səndən başqa Allah yoxdur, Yaradıcı, Xaliq, Qüdrətli, Ən Qüvvətli.

İradənin üfüqündən parlayan o sözə and verirəm, məni qadir et ki, Sənin seçilmişlərinin ürəklərini canlandıran və Səni sevənlərin ruhlarını dirildən həyat sularından doyunca içim, ta ki, mən hər vaxt və hər bir şəraitdə üzümü Sənə tutum.

 

Sən qüvvət, izzət və səxavət Allahısan, Səndən başqa Allah yoxdur, Sultanlar Sultanı, Nurlular Nurlusu, Hər şeyi Bilən Аllаh.

-Bəhaullah

Şükr və Minnətdarlıq

Şükr və Minnətdarlıq

4. Bütün şeylər Ona sitayiş edir,

O isə heç kəsə sitayiş etmir

bottom of page