top of page
alex-ware-yoExgDL7PcY-unsplash.jpg

O, Qüdrətli, Əfv Edən və Şəfqətlidir! Ey Allah, mənim Allahım! Sən bəndələrinin azğınlıq və xəta çölündə sərgərdan qaldığını görürsən; haradadır Sənin hidayətinin nuru, Sən, Ey aləmin Məqsudu? Sən onların acız və köməksiz olduğunu görürsən; haradadır Sənin qüdrətin, Sən Ey göyün və yerin qüvvələrini ovcunda Saxlayan?

Səni and verirəm, Ya Rəbb, mənim Allahım, Sənin inayət günəşinin şəfəqlərinə, elm və hikmət dəryanın dalğalarına və Sənin o Kəlamına ki, onunla səltənətinin əhlinə hakimlik etdin – mənə izin ver, o kəslərin arasında olum ki, Kıtabında əmr etdiklərini yerinə yetirməyə nail oldular. Və Öz əminlərinə nəsib etdiklərini mənə də nəsib eylə, o kəslər ki, Sənin Kəramət piyaləndən İlahi ilham şərabını içdilər, Sənin razılığını qazanmağa tələsdilər və Sənin Əhdinə və Peymanına vəfa etdilər. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Alim, Ən Hikmətli Allah.

 

İlahi, mənə Öz kəramətinlə onu qərar ver ki, bu dünyada və ondan sonra mənim ruhani rifahıma səbəb olar və məni Sənə yaxınlaşdırar, Sən Ey bütün insanların Rəbbi. Səndən başqa Allah yoxdur, Sən Vahid, Qüdrətli və Ən Nurlusan.

-Bəhaullah

Əhddə Möhkəmlik Duaları

Əhddə Möhkəmlik 

2. Sən onların acız və köməksiz olduğunu görürsən; haradadır Sənin qüdrətin

bottom of page