top of page
d-ng-h-u-CCjgYjUudxE-unsplash.jpg

Ey Şəfqətli Allah! Şükürlər Sənə, məni ayıltdın və huşyar etdin. Görən göz verdin və eşidən qulaq əta etdin, səltənətinə istiqamətləndirin və Öz yoluna hidayət etdin. Doğru yolu göstərdin və nicat gəmisinə daxil eylədin. Ey Allah! Məni mətanətli saxla, səbatlı və sədaqətli eylə. Ağır sınaqlardan məni qoru, Əhdi-Peymanının möhkəm qalasında sığınacaq ver və məni hifz eylə. Sən Qüvvətlisən. Sən Görənsən. Sən Eşidənsən.

Sən Ey Mərhəmətli Allah! Mənə elə bir ürək bağışla ki, güzgü təkin Sənin məhəbbətinin işığı ilə nurlansın və mənə elə bir düşüncə bəxş et ki, səmavi iltifat yağışları ilə dünyanı gülşənə çevirsin.

Sən Şəfqətlisən, Mərhəmətlisən. Sən Böyük Lütf Sahibisən.

-Əbdül-Bəha Abbas

Əhddə Möhkəmlik Duaları

Əhddə Möhkəmlik 

4. Ey Allah! Məni mətanətli saxla,

səbatlı və sədaqətli eylə

bottom of page