Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Nə zaman ki, Səni zikr etməyə cəhd edirəm, özümü Sənin məqamının yüksəkliyi və qüdrətinin sarsılmaz əzəməti qarşısında aciz görürəm. Çünki mən Sənin səltənətin boyunca və Sənin hökmranlığın durduqca Səni tərif etsəm, görərəm ki, mənim Səni tərifim ancaq mənim kimilərə layiqdir, o kəslər ki, özləri Sənin yaratdıqlarındır, Sənin əmrinin gücü və iradənin qüdrəti ilə var olublar. Və hər zaman ki, mənim qələmim Sənin adlarından birinin cəlalını təsvir edir, onda mənə elə gəlir ki, mən onun Səndən uzaqlığa görə ah-naləsini və onun Səndən ayrılığa görə fəryadını eşidirəm. Şəhadət verirəm, Səndən başqa hər şey ancaq Sənin yaratdıqlarındır və Sənin ovcundadır. Yaratdıqlarından bir əməli və ya tərifi qəbul etmək, yenə də Sənin fəzl və bol bəxşişlərinin dəlili, inayət və səxavətinin təzahürüdür.
Səni and verirəm, İlahi, Sənin Ən Böyük Adına ki, onunla Sən nuru oddan və haqqı nahaqdan ayırdın, mənə və ətrafımdakı dostlarıma bu dünyanın və o biri dünyanın xeyrini nazil eylə. Sonra insanların gözündən gizli qalan ecazkar bəxşişlərindən bizə ruzi ver. Sən, həqiqətən, bütün məxluqatın Yaradanısan. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı, Ən Uca.
-Bəhaullah
Şükr və Minnətdarlıq
Şükr və Minnətdarlıq
-
Məni qəm-qüssədən, xəstəlikdən, və acizlikdən Öz kəramət sularınla pak
-
Nə zaman Səni zikr etməyə cəhd edirəm, özümü Sənin məqamının
-
Hikmətin qarşısında aqillər aciz qaldılar. Elmin qarşısında ariflər öz
-
Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım
-
Bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun