Ən Uca Allahın adı ilə! Uca və Şanlısan Sən, Ya Rəbb, Qüdrətli Allah! Sənin hikmətin qarşısında aqillər aciz qaldılar və Sənin elmin qarşısında ariflər öz cahilliklərini etiraf etdilər, Sənin qüdrətin önündə güclülər zəifliklərinə, zənginliyin qarşısında varlılar yoxsulluqlarına şəhadət verdilər, Sənin nurun qarşısında nurlanmışlar zülmətdə itib-batmışlar, Sənin biliyinə doğru anlayış cövhərinin özü dönür, hüzurunun məbədi ətrafında isə bütün bəşərin ruhu təvaf edir.
O halda Sənin Zatını mən necə tərif və ya tərənnüm edə bilərəm, Onu müdrikin hikməti və alimin elmi dərk etməkdə aciz qaldı, çünki heç kəs dərk etmədiyini vəsf edə bilməz, nə də yetişmədiyi şeyi tərif edə bilər, Sən isə əzəldən əlçatmaz, dərk edilməz olmusan. Sənin şərəf səmana qalxmağa gücüm yetməz, Səni tanımağın fəzasına uça bilmərəm, fəqət Sənin gözəl işlərinin nişanələrindən bəhs edə bilərəm.
Sənin cəlalına and olsun! Ey ürəklərin Məhbubu, Ey Sənin həsrətinin iztirabını yalnız Özü sakitləşdirən! Hətta göyün və yerin sakinləri birləşib Sənin əlamətlərinin ən cüzisini belə - nədə və nəyin vasitəsilə ki, Sən Özünü aşkar etmisən – tərif etməkdə aciz qalarlar, o ki qaldı Sənin bütün əlamətlərinin yaradıcısı olan müqəddəs Kəlamını tərif etsinlər.
Bütün tərif və alqış Sənə olsun, O Kəs ki, bütün şeylər şəhadət verib ki, Sən təksən və Səndən başqa Allah yoxdur, O Kəs ki, əzəldən bütün bənzərlik və oxşarlıqdan uca olub və əbədiyyətədək də belə qalacaq. Bütün sultanlar ancaq Sənin bəndələrindir, görünən və görünməyən bütün varlıqlar Sənin qarşında bir heçdir. Səndən başqa Allah yoxdur, Fəzl Sahibi, Qüvvətli, Ən Uca Аllаh.
-Bəhaullah
Şükr və Minnətdarlıq
Şükr və Minnətdarlıq
-
Məni qəm-qüssədən, xəstəlikdən, və acizlikdən Öz kəramət sularınla pak
-
Nə zaman Səni zikr etməyə cəhd edirəm, özümü Sənin məqamının
-
Hikmətin qarşısında aqillər aciz qaldılar. Elmin qarşısında ariflər öz
-
Şükr edirəm Sənə, çünki məni qabil etdin ki, Zatının Məzhərini tanıyım
-
Bütün hökmranlıq və nur, ehtişam və cəlal Sənin üzərinə olsun