top of page
nine-kopfer-tJC6I9S3nBw-unsplash.jpg

Ya Rəbb! Sən Ey mərhəməti hamını saran, rəhmi böyük, kəraməti yüksək, əfvi və səxavəti hamını burüyən, bağışının işığı bütün dünyanı tutan! Ey Cəlal Sahibi! Hərarət və göz yaşlarımla Sənə yalvarıram, Sənə doğru yüksəlmiş bu kənizinə mərhəmət gözü ilə bax; Ona Uca Cənnətin zinətləri ilə parlayan mərhəmət xalatı geyindir və vahidlik ağacının kölgəsində sığınacaq verməklə onun üzünü mərhəmət nuru ilə işıqlandır.

Sənin səmavi kənizini, İlahi, Öz əfvinin ruhundan doğan müqəddəs rayihələrə qovuşdur, onu mübarək məskəndə sakin eylə, dərdlərinə Sənin vüsal məlhəminlə əlac eylə və Sənin iradənlə ona Sənin müqəddəs Cənnətinə daxil olmağa izin ver. Öz inəyətinin mələklərini daim onun üstünə endir və üzərinə mübarək ağacın kölgəsinə sal. Sənsən, həqiqətən, Həmişə Bağışlayan, Ən Səxavətli və Ən Kəramətli.

-Əbdül-Bəha Abbas

Vəfat etmiş Qadınlar üçün

2. Bu kənizini, Öz əfvinin ruhundan
doğan müqəddəs rayihələrə qovuşdur

Vəfat Edənlər Üçün

bottom of page