top of page
Picture1.png

Alqış Sənə, Ey mənim Allahım! Sənə və Sənin əlamətlərinə iman gətirmiş kənizlərindən biri, Sənin birlik ağacının kölgəsində daxil olub. Ey mənim Allahım, Sənin Aşkar və Gizli adınla, Sənin nəfis, möhürlü şərabından ona içir ki, bu onu özündən alsın, bütünlüklə Sənin zikrinlə məşğul etsin və onu Səndən başqa hər kəsdən tamamilə ayırsın.

 

İndi ki Sən Özünü ona tanıtdırmısan, İlahi, Öz səxavətinlə onu Sənin fəzlindən rədd etmə; indi ki Sən onu Özünə çağırmısan, lütfünlə, onu Özündən uzaqlaşdırma. Sonra, Sənin yerinin üzərində olan hər şeydən üstün olanları ona nəsib eylə. Sən, həqiqətən, Ən Kəramətlisən, tükənməz Fəzl Sahibisən.

 

Əgər Sən bəndələrindən birinə yerin və göyün səltənətinə bərabər olanı əta etsəydin, o, yenə də Sənin bu səltənətinin sonsuzluğunu zərrə qədər də kiçiltməzdi. Sən insanların, adətən, Səni Böyük Olan deyə adlandırdıqlarından da böyüksən, çünki belə bir ad ancaq Sənin isimlərindən biridir, o isimlər ki, Sənin iradənin sadəcə bir əmri ilə yaranmışdir. Səndən başqa Allah yoxdur, qüdrət Allahı, şərəf Allahı, bilik və hikmət Allahı.

-Bəhaullah

Qadınlar Üçün Dualar

Qadınlar Üçün Dualar

1. İndi ki, Sən onu Özünə çağırmısan, lütfünlə, onu Özündən uzaqlaşdırma

bottom of page