top of page
online-marketing-hIgeoQjS_iE-unsplash.jp

Ey Allah, mənim Allahım! Sənin şəfaverici dəryanla, fəzl Günəşinin parıltısı ilə, Öz bəndələrini tabe etdiyin Adınla, Uca Kəlamının nüfuzedən qüvvətilə, Sənin ən müqəddəs Qələminin Qüdrətilə və göydə və yerdə olan bütün məxluqatın üstündə olan mərhəmətinlə – diləyirəm Səndən – məni hər bir qəm-qüssədən və xəstəlikdən, hər bir zəiflik və acizlikdən Öz kəramət sularınla pak eylə.

Sən Görürsən, Ey mənim Allahım, Sənə yalvaran Sənin kəramət qapının önündə dayanıb və Sənin səxavət ipindən yapışaraq ümidlərini Sənə bağlayıb. Yalvarıram Sənə, fəzl dənizindən və inayət Günəşindən istədiyi şeylərdə onu rədd etmə.

 

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Həmişə Bağışlayan və Ən Səxavətli.

-Bəhaullah

Şəfa Duaları

Şəfa Duaları

1. Məni qəm-qüssədən, xəstəlikdən, və acizlikdən Öz kəramət sularınla pak eylə

bottom of page