top of page
4 www.telegraph.Ueli-Steck-the-man-who-r

Ya Rəbb, mənim Allahım və sıxıntımda mənim Pənahım! Kədərimdə mənim Qalxanım və Sığınacağım! Möhtac vaxtı mənim Ümid Yerim və Yuvam, tənhalığımda mənim Munisim! Əzablarımda Təsəllim, təkliyimdə sevgili Dostum! Dərdimin ağrılarını Qaldıran və günahlarımı Bağışlayan!

Mən bütünlüklə Sənə tərəf dönürəm, bütün urəyim, ağlım və dilimlə coşqunluqla Sənə yalvarıram, Sənin bu İlahi birlik dövründə Sənin iradənə qarşı gələn bütün şeylərdən məni qoru və Sənin fəzl ağacının kölgəsini təmiz və saf bir halda axtarmağıma mane olan bütün ləkələrdən pak eylə.
Bu zəifə rəhmin gəlsin, ya Rəbb, bu xəstəni sağalt, bu susuzun yanğısını söndür. Sənin məhəbbətinin yandığı bu ürəyi sevindir və onu Sənin İlahi məhəbbətinin və ruhunun oduna yax.
Tovhid heykəllərini müqəddəslik libasına bürü və mənim başıma Sənin lütfünün tacını qoy.
Sənin bəxşiş günəşinin şuaları ilə üzümü nurlandır və Sənin müqəddəs astananda xidmət etməyimə lütfünlə kömək eylə.
Mənim ürəyimi Sənin yaratdıqlarının məhəbbəti ilə doldur və qoy mən Sənin mərhəmətinin əlaməti, fəzlinin nişanəsi, Sənin sevimlilərin arasında birlik carçısı, Sənə sədaqətli, Səni anan və özünü unudan, lakin Sənin olan hər şeyi həmişə xatırlayan bir kəs olum.
Ey Allah, mənim Allahım! Sənin əfvinin və fəzlinin nəvazişli yellərini məndən saxlama və Sənin yardım və nemət çeşmələrindən məni məhrum etmə.
Qoy Sənin qoruyucu qanadlarının altında yuva qurum və qoruyan gözünlə mənə nəzər sal.
Mənim dilimi aç, Sənin adını insanların arasında ucaldım, ta ki, mənim səsim ən böyük məclislərdə ucalsın və mənim dodaqlarımdan Səni tərif çayları axsın.
Sənsən, doğrudan da, Fəzl Sahibi, Alqışlanan, Qüvvətli və Qüdrətli.

-Əbdül-Bəha Abbas

Allaha Yaxınlıq Dualar

Allaha Yaxınlıq Dualar

5.  Bu zəifə rəhmin gəlsin, ya Rəbb

bottom of page