top of page
steve-halama-iSDr-pNsINk-unsplash.jpg

Şükrlər olsun sənə, Ey Allah! Sən bütün aləm əhlinin zikrindən uca ikən, mən səni necə zikr edə bilərəm. Alqış Sənin Adına, İlahi, Sən Sultansan, Əbədi Həqiqətsən; göylərdə və yerdə olanlar Sənə agahdır və hamı Sənə qayıdacaqdır. Sən Öz İlahi Əmrini müəyyən və aydın bir ölçü ilə nazil etmisən. Alqış Sənə, Ya Rəbb! Sən istədiyin kəsi Öz əmrinlə, göyün və yerin qoşunları və onların arasındakı hər şeylə qalib edirsən. Sən Hökmran, Əbədi Həqiqət və yenilməz qüdrət Rəbbisən.

Təriflər olsun Sənə, İlahi! Sən Öz bəndələrin arasından Səni əfvin üçün yalvaranların günahından həmişə keçirsən. Mənim və sübh çağı Sənin əfvini diləyənlərin, gecə-gündüz dua edənlərin, Allahdan başqa heç nəyin şövqündə olmayanların, Allahın Öz fəzli ilə onlara ehsan etdiyini ianə edənlərin, gecə-gündüz Sənin tərifini ucaldanların və öz borclarına laqeyd qalmayanların günahlarını sil.

-Bab

Bağışlanma Duaları

Bağışlanma Duaları

10. Sən bütün aləm əhlinin zikrindən uca ikən, mən səni necə zikr edə bilərəm

bottom of page