top of page
paola-chaaya-eAkjzXCU0p0-unsplash.jpg

Anlayiram mən, Ya Rəbb, xətalarım Sənin hüzurunda üzümü xəcalətlə qaraldıb, Sənin qarşında belimi əyib, mənimlə Sənin camalın arasında pərdəyə çevrilib, hər yandan məni əhatə edərək və hər tərəfdən məni bürüyərək, Sənin qüdrətinin təzahürlərinə yetişməyimə mane olub.

 

İlahi! Əgər Sən məni bağışlamasan, onda kim məni əfv edər və əgər Sən mənə rəhm etməsən, onda kim mənə şəfqət göstərər? Alqış Sənə, Sən məni yox ikən yaratdın, heç nə analamadığım vaxt məni bəslədin. Təriflər olsun sənə, kəramətin hər bir təzahürü Sənin tərəfindən gəlir və hər bir fəzilət rəmzi Sənin fərman xəzinələrindən qaynaqlanır.

-Bab

Bağışlanma Duaları

Bağışlanma Duaları

11.  Xətalarım Sənin hüzurunda üzümü xəcalətlə qaraldıb, belimi əyib

bottom of page