top of page
Sunset Sailboats

Ey  Allah, Ey bütün Zühurları Yaradan, bütün Mənbələrin Mənbəyi, bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi, bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.

Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa heç kəsə möhtac olmayım və Səndən özgə heç kəsdən asılı olmayım. Sonra Öz kəramət buludlarından Sənin bütün aləmlərində mənə fayda verən şeyləri üstümə yağdır. Daha sonra Öz gücləndirici fəzlinlə mənə yardim eylə, Əmrinə bəndələrin arasında elə xidmət edim ki, səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeyləri nümayiş etdirim.

Bu Sənin bəndəndir, İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və şanına, Sənin kərəminə və fəzlinə yaraşan tərzdə mənimlə rəftar eylə.

Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.

-Bəhaullah

İlahi Təyid Duaları

İlahi Təyid Duaları

1.  Səndən başqa heç kəsə möhtac olmayım

bottom of page