top of page
Sunset Sailboats

Sən Ey Mehriban Allah! Təriflər olsun Sənə ki, hidayət yollarını bizə göstərdin, mələkut qapılarını açdın və Həqiqət Günəşi vasitəsilə Özünü aşkar etdin. Korlara Sən işıq verdin; karlara Sən eşitmə əta etdin; Sən ölüləri diriltdin; kasıbları varlı etdin; yolunu azanlara Sən yol göstərdin; dodaqları susuzluqdan quruyanları hidayət çeşməsinə yönəltdin; Sən izn verdin ki, yanan balıq həqiqət dəryasına yetsin; sərgərdan quşları fəzl gülşəninə Sən dəvət etdin.

 

Sən Ey Ən Qüdrətli! Biz Sənin bəndələrinik və Sənin fəqirlərinik; biz uzaq düşmüşük, Sənin hüzurunun həsrətindəyik; Sənin çeşmənin suları üçün susamışıq. Xəstəyik, şəfanı diləyirik. Biz Sənin yolunda gedirik, Sənin ətirlərini yaymaqdan başqa bir məqsədimiz ya bir ümidimiz yoxdur, ta ki, bütün ruhlar qalxıb: “Ey Allah, bizi doğru yola yönəlt” deyə səslənsinlər. Qoy onların gözləri açılsın ki, nuru görsünlər, cahillik zülmətindən azad olsunlar. Qoy onlar hidayət çırağınıın ətrafında toplaşsınlar. Qoy binəsib qalan kəs pay alsın. Qoy məhrum qalanlar Sənin sirlərinə vaqif olsunlar.

 

Ey Ən Qüdrətli! Bizə mərhəmət nəzərilə bax. Səmavi təyid əta eylə. Bizə Müqəddəs Ruhun nəfəsini bəxş eylə ki, Sənə xidmətdə biz kömək alaq və bu diyarlarda parlaq ulduzlar kimi, Sənin hidayət nurunla şölə saçaq.

 

Həqiqətən, Sən Qüvvətlisən, Qüdrətlisən, Hikmətli və Görənsən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

14.  Biz Sənin bəndələrinik, uzaq düşmüşük

İlahi Təyid Duaları

bottom of page