top of page
Sunset Sailboats

İlahi! İlahi!  Sənin yaratdıqların qarşısında mənim zəifliyimi, təvazökarlığımı və mütiliyimi görürsən, bununla belə, Sənə etibar etmişəm. Sənin qüvvət və qüdrətinə təvəkkül edərək, Sənin təlimlərini Sənin güclü bəndələrin arasında yaymaq üçün ayağa qalxmışam.

Ya Rəbb! Mən qanadı sınmış bir quşam və Sənin sonsuz fəzanda uçmaq istəyirəm. Sənin inayət və fəzlin, Sənin təyid və yardımın olmasa, mən bunu necə edə bilərəm.

 

Ya Rəbb! Mənim zəifliyimə acı, Öz qüvvətinlə məni gücləndir. Ya Rəbb! Mənim acizliyimə yazığın gəlsin, Özünün qüdrət və əzəmətinlə mənə yardım eylə.

Ya Rəbb! Müqəddəs Ruhun nəfəsi ən zəif varlığa kömək etsə, o can atdığı hər şeyə çatar və arzu etdiyi hər şeyi əldə edər. Həqiqətən, Sən Öz bəndələrinə keçmişdə kömək etmisən, onlar Sənin məxluqlarının ən zəifi, bəndələrinin ən fəqiri və yer üzündə nə vaxtsa yaşayanlardan ən önəmsizləri olsa belə, Sənin iznin və qüdrətinlə Sənin insanlarının ən şərəflisindən və bəşərin ən nəcibindən də üstün olmuşlar. Əvvəllər onlar kəpənək idilərsə, indi Sənin bəxşiş və mərhəmətinlə sultan şahini oldular, əvvəllər kiçik çay idilərsə, indi dənizlər oldular. Sənin ən böyük lütfünlə, onlar hidayət üfüqündən parlayan ulduzlar, əbədiyyət gülşənində oxuyan quşlar, elm və hikmət meşələrində nərə çəkən aslan və həyat dəryasında üzən balıqlar oldular.

Həqiqətən, Sən Şəfqətli, Qüdrətli, Əzəmətli və Rəhmlilərin Rəhmlisisən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

12.  Müqəddəs Ruhun nəfəsi
ən zəif varlığa kömək et

İlahi Təyid Duaları

bottom of page