top of page
Sunset Sailboats

Təriflət  olsun Sənə, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, Sənin rəhmani rayihələrinə cəzb olunublar, Sənin təkliyinin ağacında yanan atəşlə alovlanıblar, o kəslərdir ki, Sənin vahidlik Turunda şölə saçan nurun şəfəqlərinə baxmaqla gözləri işıqlanıb.

Ya Rəbb! Onların dillərini azad et ki, Sənin insanların arasında Səni zikr etsinlər, fəzlin və inayətinlə onlara imkan ver ki, Səni tərif etsinlər, Öz mələklərinin qoşunu ilə onlara yardım et, Sənə xidmətdə onların qurşağını bərkit, Sənin xilqətin arasında onları hidayət nişanələri eylə.

Həqiqətən, Sən Ən Qüvvətlisən, Ən Ucasan, Həmişə Bağışlayan, Ən Mərhəmətlisən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

18.  Onların dillərini azad et

İlahi Təyid Duaları

bottom of page