top of page
30 conversation_time_six-plingue.altervi

Səni, and verirəm, Ey mənim Allahım, Sənin Qüdrətli Əlamətinə və insanlar arasında Sənin fəzlinin təzahürünə, Sənin hüzurunun şəhərinin qapısından məni qovma və məxluqatın arasında fəzlinin nümunələrinə bağladığım ümidlərimdə məni peşiman etmə. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin ən şirin Nidana və Sənin ən Uca Sözünə - məni hər bir halda Sənin qapının astanasının yaxınlığına cəzb eylə və izn vermə ki, Sənin mərhəmətinin kölgəsindən və Sənin kəramətinin çadırından uzaqlaşım. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin ən uca üfüqdən parlayan nurlu alnının ziyasına və üzünün işığının parıltısına - Öz libasının ətri ilə məni cəzb et və mənə Sənin bəyanının nəfis şərabından içir. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, yaradılış aləminin gizli mənalarının ətrini yayan uca Qələminin Sənin Lövhlərinin səhifələri üzərində hərəkət etdiyi kimi, Üzündə dalğalanan zülfünə - Sənin əmrinə xidmət etmək üçün məni elə qaldır ki, mən nə geri çəkilim, nə də Sənin əlamətlərinə irad tutan və Sənin üzündən üz döndərən kəslərin eyhamı mənə mane olsun. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, adların Sultanı etdiyin, göydə və yerdə olanların heyran qaldıqları Adına - məni qadir et ki, Sənin Gözəlliyinin Günəşinə baxım və mənə Sənin bəyanının şərabını ver. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin ən uca zirvələr üzərindəki əzəmət Qəsrinə və yüksək təpələr üzərindəki Vəhy Çadırına - Sənin iradənin istəyib, məqsədinin aşkara çıxardığı şeyi etməkdə mənə kömək eylə. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin qədim üfüqdən parlayan, özünü göstərincə qarşısında gözəllik səltənətinin təzim etdiyi və uca səslə tərənnüm etdiyi Adına, mənə əta et ki, malik olduğum hər şey üçün ölüm və Sənə məxsus şeylər üçün yaşayım. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin Məhbub Adının Zühuruna, O Ad ki, Onunla Sənin aşiqlərinin ürəyi alışıb yandı, yer üzü sakinlərinin ruhları yüksəkliklərə pərvaz etdi - kömək et mənə, Sənin yaratdıqların arasında Səni zikr edim və Sənin insanların arasında Səni tərif edim. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, İlahi Sidrə Ağacının (Sidrətül-Müntəhanın) xışıltısına və Sənin adlarının səltənətində bəyanının nəsimlərinin zümzüməsinə - Sənin xoşlanmadığın bütün şeylərdən məni uzaqlaşdır və əlamətlərinin Günəşi parlamış məqamın yaxınlığına cəzb eylə. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, o Hərfə ki, Sənin iradənin ağzından çıxan kimi, dəryalar dalğalandı və küləklər əsdi, meyvələr çıxdı, ağaclar böyüdü, bütün köhnə izlər yox oldu, bütün pərdələr yırtıldı, Sənə sadiq olanlar Öz Yenilməz Rəblərinin üzünün nuruna döğru tələsdilər - Sənin elminin xəzinələrində saxlanan və Sənin hikmətinin dəfinələrində gizli qalan şeyləri mənə aşkar eylə. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin məhəbbətinin oduna ki, Sənin seçilmişlərinin və sevimlilərinin gözlərindən yuxunu çəkib və Səni and verirəm onların sübh çağı Səni zikrinə və tərifinə - məni o kəslərin sırasına yaz ki, Sənin öz Kitabında nazil etdiklərinə və iradənlə aşkara çıxardıqlarına nail olublar. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, Sənin o üzünün nuruna ki, Sənə yaxın olanları Sənin hökmünün oxlarını qarşılamağa, Sənə sadiq olanları Sənin yolunda Sənin düşmənlərinin qılınclarıyla üzləşməyə yönəldib - Sənin ən uca qələminlə öz əminlərinə və seçilmişlərinə yazdıqlarını mənə yaz. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

Səni and verirəm, Ey mənim Allahım, O Adına ki, Onunla Sən aşiqlərinin nidasını, Sənə müştaq olanların harayını və Sənə yaxın olanların fəryadını, Sənə sadiq olanların naləsini eşitdin, onunla ümidlərini Sənə bağlayanların arzusunu yerinə yetirdin, Öz fəzl və lütfünlə onların istədiklərini onlara bəxş etdin və Səni and verirəm o Adına ki, Onunla Sənin üzün qarşısında əfv dənizi dalğalandı və Sənin səxavət buludlarının yağışı Sənin bəndələrinin üstünə yağdı - Sənə dönənlərin hamısına, Sənin hökm etdiyin Orucu tutanlara Sənin iznin olmadan danışmayanların və Sənin yolunda və Sənə olan məhəbbətləri xatirinə malik olduqları hər şeyi tərk edənlərin mükafatını yaz.

Səni and verirəm, ilahi, Sənin Özünə, Sənin əlamətlərinə, Sənin aydın nişanələrinə, Sənin Camalının Günəşinin parıldayan nurlarına və Sənin Budaqlarına - Sənin qanunlarına möhkəm yapışanların və Kitabında onlara hökm etdiklərinə əməl edənlərin günahlarını sil. Sən görürsən məni, Ey mənim Allahım, Sənin Ən Müqəddəs, Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli, Ən Uca, Ən Cəlallı Adından tutmuşam, bu dünyada və o biri dünyada olanların hamısının yapışdığı əbanın ətəyindən yapışmışam.

-Bəhaullah

Orucluq

5. Sən görürsən məni, Sənin Ən Müqəddəs,

Ən Nurlu, Ən Qüdrətli, Ən Əzəmətli,

Ən Uca, Ən Cəlallı Adından tutmuşam

Orucluq

bottom of page