Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar. Həqiqətən, onlar Sənin müqəddəsliyinə cəlb olunublar, məhəbbət odunla alovlanıblar, ecazkar mələkutundan kömək diləyirlər, səmavi aləminə yetişməyi arzulayırlar. Həqiqətən, onlar Sənin bəxşişlərinin enməsinin həsrətini çəkir və Həqiqət Günəşindən bir nur arzu edirlər. Ya Rəbb! Onları şöləsaçan çıraqlar, mərhəmət nişanələri, barlı-bəhrəli ağaclar və parlayan ulduzlar eylə. Qoy onlar Sənin xidmətində irəli gəlsinlər, Səninlə Sənin məhəbbət bağların və tellərinlə birləşsinlər, Sənin lütfünün nurları onların muradı olsun. Ya Rəbb! Onları hidayət nişanələri, əbədi səltənətinin nümunələri, mərhəmət dənizinin dalğaları və Sənin əzəmət işıqlarını əks etdirən güzgülər eylə.
Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Mərhəmətlisən. Həqiqətən, Sən Əziz və Sevgilisən.
-Əbdül-Bəha Abbas
Toplantılarda Oxunan Dualar
Toplantılarda Oxunan
-
Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar
-
Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar
-
Bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar
-
Bizə elə bir qabiliyyət əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə
-
Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs nəfəsi ilə dirçəlt
-
Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini cəlalına dikmişlər