Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar eylə. Onları Öz Əhdi-Peyman bağçanda böyüt və yetişdir, Əbha Mələkutunun feyz yağışları ilə onlara gözəllik və lətafət bəxş eylə.

 

Sən Ey Mehriban Allah! Mən kiçik bir uşağam, Öz mələkutuna qəbul etməklə məni ucalt; dünyəviyəm, məni səmavi eylə; aşağı aləmdənəm, məni uca səltənətə aid eylə; tutqunam, işıq saçan eylə; maddiyəm, məni ruhani eylə və mənə yardım eylə ki, Sənin tükənməz feyzlərini aşkar edə bilim.

 

Sən Qüvvətli və Ən Mehribansan.

-Əbdül-Bəha Abbas

Uşaqlar Üçün Dualar

Uşaqlar Üçün Dualar

4. Ya Rəbb! Bu uşaqları ən

gözəl fidanlar eylə