top of page
Sunset Sailboats

Alqış Sənə, Ey aləmin Rəbbi və millətlərin Məqsudu, Sən Ey Ən Böyük Adla zühur edən, o Ad ki, Onunla hikmət və bəyan gövhərləri Sənin irfan dənizinin sədəflərindən aşkara çıxdı və Sənin ilahi vəhy səmaların Sənin üzünün günəşinin şəfəqlərilə zinətləndi.

Səni and verirəm o Sözə ki, onunla Sənin dəlilin məxluqatın arasında tamamlandı və Sənin sübutun bəndələrin arasında yerinə yetdi – Sənin Əmrinin üzünü səltənətində parladacaq, Sənin iqtidar bayraqlarını bəndələrin arasında sancacaq, Sənin hidayət rəmzlərini səltənətlərin boyunca qaldıracaq şeylərdə dostlarını möhkəmləndir.

Ey mənim Rəbbim! Sən onları görürsən, Sənin fəzlinin ipindən tutublar və kərəminin əbasının ətəyindən yapışıblar. Onları Sənin yaxınlığına cəzb edən, Səndən başqa hər şeydən uzaqlaşdıranı nəsibi eylə.

 

Yalvarıram Sənə, Sən Ey mövcudatın Hökmdarı, görünən və görünməyənlərin Qoruyucusu, Sənin Əmrinə xidmətə qalxan hər kəsi Sənin istəyinlə hərəkətə gələn dənizə çevir, Müqəddəs Ağacının Sənin iradə üfüqündən parlayan odu ilə alovlandır.

 

Sən, həqiqətən Qüdrətlisən, O Kəssən ki, Onu nə bütün dünyanın qüvvəsi, nə də millətlərin gücü zəiflədə bilər. Səndən başqa Allah yoxdur, Tək Misilsiz, Qoruyan və Qəyyum.

-Bəhaullah

İlahi Təyid Duaları

5. Əmrinə xidmətə qalxanları istəyinlə hərəkətə gələn dənizə çevir!

İlahi Təyid Duaları

bottom of page