top of page
Sunset Sailboats

Ey  mənim Allahım! Ey mənim Allahım! Heçliyim və zəifiyimlə Sən məni görürsən, böyük bir məsuliyyət altına girmişəm, kütlələr arasında Sənin sözünü ucaltmaq və Sənin təlimlərini insanlar arasında yaymaq üçün ayağa qalxmaq əzmindəyəm. Əgər Sən Müqəddəs Ruhun nəfəsilə mənə kömək etməsən, mən necə müvəffəq ola bilərəm. Mənə kömək eylə, Sənin cəlal səltənətinin qoşunları ilə qələbə çalım və mənə təyidini nazil eylə ki, o, təkbaşına kiçik bir cücünü qartala, bir damlanı çaylara və dənizlərə, zərrəni isə səyyarə və günəşlərə çevirər!

İlahi! Mənə Sənin müzəffər və güclü qüdrətinlə kömək et ki, dilim Sənin tərifini və əlamətlərini bütün insanlar arasında söyləsin və mənim ruhum Sənin məhəbbət və irfan şərabınla dolub daşsın. Sən Qadir və İstədiyini Edənsən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

15. kütlələr arasında Sözünü ucaltmaq

İlahi Təyid Duaları

bottom of page