top of page
Sunset Sailboats

Ya  Rəbb, mənim Allahım! Sənə tərif və şükrlər olsun ki, məni mələkutun geniş yoluna yönəltdin, izn verdin ki, bu dorğu və geniş yolda addımlayım, Sənin nurunun şəfəqlərinə baxmaqla gözümü nurlandırdın, sirlər səltənətindən müqəddəslik quşlarının nəğmələrini mənə eşitdirdin və möminlər arasında Sənin məhəbbətinlə ürəyimi cəzb etdin.

Ya Rəbb! Müqəddəs Ruhla mənə təyid ver ki, Sənin Adınla mən millətlər arasında səsimi ucaldım və bəşərin arasında Sənin səltənətinin aşkar olması müjdəsini verim.

Ya Rəbb! Mən zəifəm, Öz gücün və qüdrətinlə məni qüvvətləndir. Dilim dolaşır, izn ver Səni xatırlayım və tərifini söyləyim. Mən zəliləm, Sənin mələkutuna daxil olmağa izn verməklə məni şərəfləndir. Mən uzağam, qoy Sənin mərhəmət astanana yaxınlaşım.

Ya Rəbb! Məni şölə saçan bir çıraq eylə, parlayan bir ulduz, budaqları bütün diyarlara kölgə salan və meyvələrlə bəzənmiş mübarək bir ağac eylə. Həqiqətən, Sən Qüdrətli, Qüvvətli və İxtiyar Sahibisən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

16. Sənin Adınla millətlər
arasında səsimi ucaldım

İlahi Təyid Duaları

bottom of page